MSK parlament seçkilərində səsvermənin ümumi yekunlarına dair protokolu Konstitusiya Məhkəməsinə təqdim edib

MSK parlament seçkilərində səsvermənin ümumi yekunlarına dair protokolu Konstitusiya Məhkəməsinə təqdim edib
# 18 noyabr 2015 17:53 (UTC +04:00)

Bu barədə APA-ya MSK-nın Media və ictimai əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən MSK protokollar yoxlanıldıqdan sonra 24 saat müddətində seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim etməlidir. Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisinə seçkilərin yekunlarının və nəticələrinin yoxlanılaraq təsdiq edilməsi prosesini başa çatdırmalıdır. Bu gün MSK noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR