Nyu-Yorkda böyük Azərbaycan şairi Nizami Gəncəviyə aid sərgi təşkil olunacaq

Nyu-Yorkda böyük Azərbaycan şairi Nizami Gəncəviyə aid sərgi təşkil olunacaq
# 17 avqust 2012 13:16 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA. Nyu-Yorkdakı məşhur Metropolitan Muzeyində (The Metropolitan Museum of Art) dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə aid arxiv sənədlərindən ibarət sərgi təşkil olunacaq. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən xəbərə görə, Avrasiya Dialoq Mərkəzinin təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşəcək sərgidə dünyaca məşhur olan Metropolitan Muzeyinin İslam Sənət Departamenti tərəfindən Nizami Gəncəviyə aid əlyazmalar nümayiş olunacaq.

Muzeydə saxlanılan 20-dən çox nadir manuskriptin təqdim olunacağı sərginin açılışında İsgəndəriyyə Kitabxanasının (Misir) direktoru İsmail Seragəldin və Latviyanın sabiq prezidenti xanım Vayra Vike-Freiberqa iştirak edəcəklər.

Sərginin Gəncədə, Bakıda və o cümlədən Gürcüstan tərəfdaşlarının müraciəti ilə Tbilisidə, habelə Yunanıstanın paytaxtı Afinada nümayişi də nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR