Gürcüstan prezidenti futbolçu Georgi Demetradzeni əfv edib

Gürcüstan prezidenti futbolçu Georgi Demetradzeni əfv edib
# 03 oktyabr 2012 16:31 (UTC +04:00)
Bakı-APA. Gürcüstan prezidenti Mixail Saakaşvili futbolçu Georgi Demetradzeni əfv edib. APA-nın məlumatına görə, məhkəmənin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilmiş futbolçu əfv üçün prezidentə müraciət etməyib. Kriminal aləmlə əlaqədə və “oğru dünyası”nın üzvü olmaqda günahlandırılan Demetradze ona qarşı irəli sürülən ittihamları rədd edib. Hazırda futbolçunun işinə Avropa İnsan Haqları Məhkəməsində baxılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR