Albaniya prezidenti Azərbaycan iş adamlarını ölkəsinə dəvət edib

Albaniya prezidenti Azərbaycan iş adamlarını ölkəsinə dəvət edib
# 17 sentyabr 2012 14:07 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Albaniyada səfərdə olan Milli Məclisin (MM) sədri Oqtay Əsədov bu ölkənin prezidenti Buyar Nişani ilə görüşüb. MM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Albaniya prezidenti dost Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiklərini bildirib və bu cür səfərləri yüksək qiymətləndirib. O, Azərbaycanın iş adamlarını ölkəsinə dəvət edib.

O. Əsədov Azərbaycanın Albaniya ilə əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb. O qeyd edib ki, iki ölkə arasında siyasi münasibətlərin yaxşı səviyyədə olmasına rəğmən, indiyədək ölkələr arasında cəmi 4 sənəd imzalanıb: “Daha üç sənəd Albaniya tərəfində baxılmaqdadır. Düşünürük ki, əməkdaşlığımızın daha da güclənməsi üçün müqavilə-hüquq bazasını inkişaf etdirmək vacibdir”.

Görüşdə Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğalçılıq siyasətinə də toxunulub.

O. Əsədov Albaniya parlamentinin sədri xanım Jozefina Topalli ilə də görüşüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR