Hesablama Palatası Azərbaycan Dillər Universitetində ciddi maliyyə pozuntuları aşkarlayıb
19 sentyabr 2012 08:06 (UTC +04:00)
Palatadan «APA-Economics»ə verilən məlumata görə, universitetin məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına, ciddi maliyyə pozuntularına, çatışmazlıqlara, habelə saxtakarlıq və mənimsəmə hallarına yol verilməklə dövlətə külli miqdarda zərər vurulduğunu nəzərə alaraq Kollegiya tərəfindən auditin nəticələri üzrə materialların Baş Prokurorluğa göndərilməsi və bu barədə Milli Məclisə məlumat verilməsi qərara alınıb.
Kollegiya iclasında aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində ciddi tədbirlərin görülməsi məqsədi ilə Azərbaycan Dillər Universitetinə müvafiq təqdimatın və Təhsil Nazirliyinə müvafiq məlumatın göndərilməsi məsələsi də təsdiq edilib.
Bununla yanaşı, iclasda həmçinin Dünya Bankından kredit vəsaiti cəlb edilməklə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən «Sosial müdafiənin inkişafı Layihəsi»nin cari icra vəziyyətinə dair Analitik Təhlilin nəticələri də geniş müzakirə olunaraq təsdiq edilib.

Maliyyə
Mərkəzi Bankın strukturunda dəyişikliklər edilib
18:22
27 may 2024
Kapital Bank-ın dəstəyi ilə NDU-da “Cyber Bootcamp” layihəsi başa çatıb
17:35
27 may 2024
Hesablama Palatası: Yenidən baxılan büdcə layihəsi üzrə bəzi risklər var
17:16
27 may 2024
Hesablama Palatası: 2024-cü ildə büdcə kəsiri proqnozlaşdırılan məbləğdən az olacaq
16:59
27 may 2024