İranın xarici işlər naziri: Tehran “altılıq” ölkələri tərəfindən irəli sürüləcək heç bir şərti qəbul etməyəcək

İranın xarici işlər naziri: Tehran “altılıq” ölkələri tərəfindən irəli sürüləcək heç bir şərti qəbul etməyəcək
# 10 aprel 2012 01:48 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “ İran “altılıq” ölkələri ilə keçiriləcək müzakirələrdə ön şərt qəbul etməyəcək və belə bir addım tamamən mənasız olacaq”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi deyib. O bildirib ki, Qərb mediasında “altılıq” ölkələri (ABŞ, Rusiya, Böyük Britaniya, Çin, Fransa, Almaniya) tərəfindən İrana qarşı şərt irəli sürüləcəyi haqqında xəbərlər yayılıb: “ Lakin bu deyilənlər yalnız medianın gündəmindədir. İran qarşı tərəfdən irəli sürüləcək heç bir şərti qəbul etməyəcək. Bu “altılıq” ölkələri üçün də keçərlidir”. Ə.Ə. Salehi əlavə edib ki, İran mediada çıxan şayiə məzmunlu xəbərlərə əhəmiyyət vermədən, güclü bir şəkildə İstanbulda keçiriləcək müzakirədə iştirak edəcək: “İran öz mövqeyini çox güclü bir şəkildə gündəmə gətirəcək”.
Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında müzakirələrin birinci turunun Türkiyənin İstanbul şəhərində, ikinci turunun isə İraqın paytaxtı Bağdadda keçirilməsi razılaşdırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR