Türkiyənin kənd təsərrüfatı naziri “Azersun Holding”in müəssisələri ilə tanış olub

Türkiyənin kənd təsərrüfatı naziri “Azersun Holding”in müəssisələri ilə tanış olub
# 02 iyul 2012 12:28 (UTC +04:00)
Bakı – APA-Economics. “Crans Montana Forumu” çərçivəsində Bakıya gələn Türkiyənin kənd təsərrüfatı naziri Mehdi Əkər Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç ilə birlikdə “Azersun Holding” şirkətini ziyarət edib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, holdinqin fəaliyyət sahəsi haqqında məlumat alan nazir Mehdi Əkər “Azersun”un Biləsuvarda həyata keçirdiyi kənd təsərrüfatı layihələri ilə tanış olub.

Holdinqin tərkibində fəaliyyət göstərən Natural Greenland müəssisəsinin əkin sahələri, təbii gübrə istehsal müəssisəsi, konserv zavodu ilə yaxından tanış olan Mehdi Əkər sonra İmişli Şəkər Zavoduna səfər edib.

Görüşdə “Azersun Holding”in İdarə Heyətinin sədri Abdulbari Gözəl nazirə prezident cənab İlham Əliyevin kənd təsərrüfatı sahəsinə olan diqqət və qayğısı, həyata keçirilən işlər barədə geniş məlumat verib.
“Azersun Holding”in yaratdığı müasir kənd təsərrüfatı kompleksinin uğurlu nümunə olduğunu vurğulayan heyət görülən işləri yüksək qiymətləndirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR