«Dəmirbank» son bir ildə əmanətlərin həcmini 25% artırıb
![«Dəmirbank» son bir ildə əmanətlərin həcmini 25% artırıb](https://apa.az/storage/news/2012/april/18/big/blank.jpg)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC-nin kredit portfelinin həcmi 2012-ci il aprelin 1-nə 265,503 mln. manat təşkil edib ki, bu da əvvəlki ilin müvafiq göstəricisindən 12% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın 12 ayadək verdiyi kreditlərin həcmi 2% azalaraq 77,079 mln. manat, 12 aydan artıq müddətə verilən kreditlər 18,8% artaraq 188,479 mln. manat, istehlak kreditləri 19% artaraq 75,845 mln. manat, vaxtı keçmiş kreditlər isə 7,7% azalaraq 12,490 mln. manat olub.
Hesabat dövründə bankın Azərbaycan İpoteka Fondunun xətti ilə verdiyi kreditlər 24% artaraq 24,088 mln. manata, bankın öz proqramı vasitəsi ilə verilən kreditlər 2,6 dəfə artaraq 2,969 mln. manata çatıb.
Təhlil aparılan dövr ərzində bankın depozit portfelinin həcmi 4,3% azalaraq 133,236 mln. manat, o cümlədən müddətli depozitlər 6,2% artaraq 111,151 mln. manat, tələb olunanadək depozitlər 36% azalaraq 22,085 mln. manat, əhalidən cəlb edilən əmanətlər isə 25% artaraq 122,077 mln. manat təşkil edib.
Xatırladaq ki, «Dəmirbank» ASC 1989-cu ildə «Azərdəmiryolbank» kimi fəaliyyətə başlayıb. Hazırda səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Cari ilin aprelin 1-nə bankın 30 filialı, 55 bankomatı, 1 454 POS-terminalı və 780 işçisi olub.

Maliyyə
Qara və əlvan metal ixracına tətbiq olunan gömrük rüsumları artırılacaq
![ETX rəisi: İndiyə kimi bankların yaratdığı boşluq səbəbindən vəsaitin oğurlanması faktı aşkarlanmayıb](https://apa.az/storage/news/2024/june/24/big/6679354f65dd06679354f65dd117192195356679354f65dce6679354f65dcf.jpg)
ETX rəisi: İndiyə kimi bankların yaratdığı boşluq səbəbindən vəsaitin oğurlanması faktı aşkarlanmayıb
![Birbank Biznes-də SİF kreditindən yararlanma imkanı](https://apa.az/storage/news/2024/june/24/big/6679349659c116679349659c1217192193506679349659c0f6679349659c10.jpg)
Birbank Biznes-də SİF kreditindən yararlanma imkanı
![“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz](https://apa.az/storage/news/2024/june/24/big/66792189ae12e66792189ae12f171921447366792189ae12c66792189ae12d.jpg)