“Nabucco” konsorsiumu Azərbaycan qazının Avropaya nəqli ilə bağlı son vəziyyəti açıqlayıb

“Nabucco” konsorsiumu Azərbaycan qazının Avropaya nəqli ilə bağlı son vəziyyəti açıqlayıb
# 25 may 2012 14:28 (UTC +04:00)
Konsorsiumdan «APA-Economics»ə verilən məlumata görə, «Nabucco» konsorsiumu “Şahdəniz II” konsorsiumuna «Nabucco»nun əsas variantı üzrə təklifini 2011-ci ilin sentyabr ayında təqdim edib. 2012-ci ilin may ayında isə «Nabucco West» ssenarisi üzrə əlavə təklif təqdim edilib.

«Hazırda «Nabucco»nun səhmdarları və «Şahdəniz» konsorsiumunun iştirakçıları arasında ən yaxşı həll yolunu tapmaq üçün danışıqlar davam etdirilir. «Şahdəniz» konsorsiumu tərəfindən qərarın bu yay qəbul edilməsi gözlənilir» - deyə məlumatda bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR