TQDK buraxılış imtahanı ilə əlaqədar IX sinif şagirdlərinin sənədlərini yenidən təftiş etməyi tapşırırb
29 may 2012 07:40 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) təhsil şöbələrinin və ümumi təhsili həyata keçirən təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təhsil şöbələri “Şagird-məzun sistemi”ndə “İmtahana buraxılmır” kimi qeyd etdikləri şagirdlərin sənədlərini yenidən təftiş etməli, bu şagirdlərin arasında bilikləri qiymətləndirilməyən və ya imtahandan azad olunanlar varsa, onları “İmtahana buraxılmır” kateqoriyasından çıxarıb müvafiq kateqoriyaya aid etməli, imtahandan azad olunanların buraxılış ili üzrə qiymətlərini sistemə daxil etməlidirlər. Qeyri-kafi qiymətlərə görə “İmtahana buraxılmır” kimi qeyd edilmiş şagirdlər də bu kateqoriyadan çıxarılmalı, onların buraxılış ili üzrə qiymətləri sistemə daxil edilməlidir.
TQDK-nın 2012-ci il 10 may tarixli, 03 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti QAYDALARI"nın 4.1. bəndinə əsasən, ümumi orta təhsil səviyyəsinin istənilən sayda fənnindən illik qiyməti qeyri-kafi olan buraxılış sinif şagirdləri imtahana buraxılırlar.

Sosial
Uşaqlar üçün yeni Sosial Xidmət Mərkəzi fəaliyyətə başlayıb
19:44
27 may 2024
“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib - VİDEO
17:54
27 may 2024
Fransa Kibertəhlükəsizlik Agentliyinin hədəfinə çevrilmiş azərbaycanlı sosial media fəalları Bəyanat yayıb
17:44
27 may 2024
Kürdə daşqınlar Tovuzda fəsadlara səbəb olub - FOTO
16:49
27 may 2024