“Azərikimya”da mühəndis-texniki işçilərin test imtahanlarına başlanıb

“Azərikimya”da mühəndis-texniki işçilərin test imtahanlarına başlanıb
# 19 iyun 2012 15:49 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin əvvəlindən başlayaraq «Azərikimya» İstehsalat Birliyində işçilərin təhlükəsizlik qaydaları mövzusunda treninqləri başlanıb.

İB-dən «APA-Economics»ə verilən məlumata görə, mühəndis-texniki kadrların, həm sıravi kimyaçı fəhlələrin, həm də bütün sex və istehsalat rəhbərlərinin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını mükəmməl bilməsi üçün ilin əvvəlindən başlayaraq bu sahənin təcrübəli mütəxəssisləri tərəfindən ayda bir neçə dəfə olmaqla xüsusi treninqlər keçirilib.

Təlim-treninqlər son zamanlar müəssisələrdə, ayrı-ayrı sex və istehsalatlarda təhlükəsizlik texnikası üzrə xüsusi olaraq yaradılmış ixtisaslaşdırılmış kabinetlərdə, müvafiq slayd-filmlər nümayiş etdirilməklə və əyani vasitələrdən istifadə etməklə aparılıb. Bütün birlik üzrə nəzəri və praktik təlim-treninqlər yekunlaşdıqdan sonra isə test imtahanlarına başlanıb.

Bu günlərdə «Azərikimya»nın şöbələri üzrə keçirilən ilk test-sınaq imtahanları mühəndis-texniki işçilərin əvvəlki illərdən fərqli olaraq, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə kifayət qədər yüksək nəzəri və praktiki biliyə malik olduqlarını nümayiş etdirib.

Qısa müddət ərzində birliyin 100 nəfərə qədər mühəndis və texniki işçisi test imtahanlarını müvəffəqiyyətlə başa vurub. İyun ayının sonuna kimi «Azərikimya»nın idarə və müəssisələrinin bütün sıravi və baş mütəxəssisləri, sex və istehsalat rəhbərləri, həmçinin əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbələrinin işçiləri də imtahan verəcəklər ki, bunun da nəticəsi olaraq onların hər birinə müvafiq vəsiqələr təqdim ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR