Əli Həsənov: “Dünyanın hansı ölkəsində şəhərin abadlaşdırılması zamanı insanların bir yaşayış məntəqəsindən digərinə köçürülməsi prosesi müşahidə olunmur?”

Əli Həsənov: “Dünyanın hansı ölkəsində şəhərin abadlaşdırılması zamanı insanların bir yaşayış məntəqəsindən digərinə köçürülməsi prosesi müşahidə olunmur?”
# 21 may 2012 11:40 (UTC +04:00)
Təəssüf ki, ki bəzi jurnalistlər, həmçinin bəzi xarici kütləvi informasiya vasitələri Azərbaycanda 2005-ci ildən başlamış quruculuq işlərini “Eurovision” mahnı yarışması və insan hüquqları ilə bağlayırlar. Dünyanın hansı ölkəsində insanların köçürülməsi yoxdur? Dünyanın hansı ölkəsində şəhərin abadlaşdırılması, gözəlləşdirilməsi zamanı insanların bu və digər yaşayış məntəqəsindən digərinə köçürülməsi prosesi müşahidə olunmur?” APA-nın xəbərinə görə, bu fikirləri Azərbaycan Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

O bildirib ki, Azərbaycan dövləti bu proseslərin başlandığında qarşısına üç tələb qoyub: “Birincisi, köçürülən insanlara alternativ imkanlar verilsin. Yəni, onlara digər yerlərdə adekvat mənzil almaq üçün lazım olan pul vəsaiti verilsin. İkincisi, onlara digər ünvanlarda indikindən daha yaxşı mənzillər verilsin. Üçüncüsü, əgər insanlar bu şərtlərin heç birinə razı olmurlarsa, məhkəməyə müraciət edərək digər haqlarını tələb etmək imkanı yaradılsın. Köçürülən 10 min adamdan 3 nəfəri tapıb davamlı şəkildə bizim üzümüzə dirəyir, mətbuat orqanlarında danışdırırlar. Ola bilsin ki, 10 nəfərin hüququ pozulub. Hətta 100 nəfər də tapa bilərsiniz. Amma 10 min adamın rahatlığı xətrinə təəssüf ki, bəzən 3-4 adamın ənənəvi həyat tərzini pozmaq lazım gəlir”.

Ə. Həsənov onu da bildirib ki, “Eurovision” mahnı müsabiqəsinə Azərbaycan hökuməti cəmi 50 milyon manat xərclənib: “Qalan məsələlərin, işlərin “Eurovision” mahnı müsabiqəsinə aidiyyatı yoxdur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR