Azərbaycanda manat pul kütləsi 28% artıb

Azərbaycanda manat pul kütləsi 28% artıb
# 10 sentyabr 2012 13:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2012-ci ilin avqustun 1-nə 14 703,0 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 781,8 mln. manat və ya 23,3% çoxdur.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, yanvar-iyul aylarında geniş mənada pul kütləsi 799,8 mln. manat və ya 5,8% artıb.

Qeyd edək ki, M3 aqreqatının strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.

Pul kütləsinin M2 aqreqatı (manat pul kütləsi) son bir ildə 2 619,6 mln. manat və ya 28,0% artaraq 11 971,0 mln. manata çatıb:

(mln. man.)

01.08.11

01.01.12

01.08.12

M0 (nağd pullar)

6 199,0

7 158,2

8 012,3

M1 (nağd pul, tələb olunanadək əmanət və depozitlər)

7 679,8

8 824,8

9 671,2

M2 (Nağd pul, tələb olunanadək və manatla müddətli əmanət və depozitlər)

9 351,4

10 997,2

11 971,0

M3 (nağd pul, tələb olunanadək və müddətli əmanət və depozitlər)

11 921,2

13 903,2

14 703,0




Göründüyü kimi, bu ilin avqustun 1-nə nağd pulun manat pul kütləsində xüsusi çəkisi 66,9% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrün göstəricisindən 0,6 faiz bəndi çoxdur.

Qeyd edək ki, son illərin təhlili nağdlaşmanın 62%-68% səviyyəsində olduğunu və bu sahədə hər hansı ciddi dəyişikliklərin olmadığını göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR