Azərbaycan deputatı İrəvanda Ermənistanı işğalçı adlandırıb

Azərbaycan deputatı İrəvanda Ermənistanı işğalçı adlandırıb
# 23 may 2012 13:24 (UTC +04:00)
APA-nın “Novosti-Armenia”ya istinadən yaydığı məlumata görə, bu fikirləri QDİƏT Parlament Assambleyasının 39-cu plenar sessiyasında iştirak etmək üçün İrəvana gedən Azərbaycan Milli Məclisinin üzvü Asəf Hacıyev jurnalistlərə açıqlamasında söyləyib.

Asəf Hacıyev bildirib ki, Ermənistanla hər hansı əməkdaşlıqdan söhbət gedə bilməz: “Düşünürəm ki, sizin yeni rəhbərliyinin bu məsələyə qeyd etdiyim nöqteyi-nəzərdən yanaşmalı, işğal altında saxladıqları torpaqları azad etməlidir. Yalnız bundan sonra Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində status verilə, bütün kommunikasiyalar bərpa oluna bilər”.

Xatırladaq ki, QDİƏT Parlament Assambleyasının 39-cu plenar sessiyasında Azərbaycan Milli Məclisinin üç nəfərlik nümayəndə heyəti iştirak edir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR