Çempionlar Liqasının qalibi Azərbaycanda oynayacaq!

Çempionlar Liqasının qalibi Azərbaycanda oynayacaq!
# 03 sentyabr 2012 11:30 (UTC +04:00)
Bakı – APA. Çempionlar Liqasında debüt edəcək “Lokomotiv” növbəti səs-küylü transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” İsrail millisinin aparıcı voleybolçusu Tatyana Artmenkonun keçidini həll ediblər.

Ukrayna əsilli 36 yaşlı voleybolçu ilə 1 illik müqavilə imzalanıb. Odessada anadan olan 182 sm boya malik Artmenko 2002-ci ildən İsrail yığmasının şərəfini qoruyur. Azərbaycan onun karyerasında 7 ölkə olacaq.

Tatyana Azərbaycana gəlincə, “Makkabi” (Tel-Əviv, 1990-1991), “Hapoel” (Arad, 1991-1993), “Emek Hefer” (hər üçün İsrail, 1993-1995), “Hisamitsu Sprinqs” (Yaponiya, 1995-1997), “Volley Kats” (Almaniya, 1997-1998), “Pallavolo Palermo” (1998-2000), “Kalabriya” (hər ikisi İtaliya, 2000-2001), “Reksona-Ades” (Braziliya, 2001-2003), “Cesi” (İtaliya, 2003-2004), “Fornarina” (2004-2005), “Sassuolo” (2005-2006), “Peruca” (2007-2008), “Urbino” (hamısı İtaliya, 2008-2009) və “Agel” (Çexiya, 2010-2012) klublarında çıxış edib.

“Lokomotiv”in yeni transferinin klub karyerasında ən böyük uğuru 2008-ci ilə təsadüf edib. O, həmin ildə “Peruca” ilə Çempionlar Liqasının qalibi adını qazanıb. Artmenko, həmçinin 2000-ci ildə İtaliya Superkubokunu, son 2 mövsümdə isə Çexiya çempionatının və ölkə kubokunun qızıl medallarını qazanıb.

Qeyd edək ki, Bakı təmsilçisi Tatyanadan öncə Maqdelina Saad (Polşa), Mari Helen Pedra Mendes, Ju Kosta (hər ikisi Braziliya), Lesia Braunun (Yamayka), Korina Suşke (Almaniya), Aneta Havlikova, Mixaela Monzoni (hər ikisi Çexiya), Vera Klimoviç, Olqa Palçevskaya (hər ikisi Belarus), Aleksandra Samoylova (Rusiya), Mariya Filipova və Diana Nenova (hər ikisi Bolqarıstan) ilə müqavilə bağlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR