Müsavat Partiyasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə qarşı iddiası təmin olunmayıb

Müsavat Partiyasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə qarşı iddiası təmin olunmayıb
# 08 oktyabr 2012 12:20 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. 2 saylı Bakı İnzibati – İqtisad Məhkəməsində Müsavat Partiyasının Sumqayıt şəhər Təşkilatının Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə qarşı iddiası əsasında məhkəmə prosesi başa çatıb. Demokratiya və İnsan Hüquqları resurs Mərkəzinin hüquqşünası Ruslan Mustafayevin APA-ya verdiyi məlumata görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, iddia təmin olunmayıb.

Qeyd edək ki, 15 may 2011-ci il tarixində Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşları partiyanın Sumqayıt qərargahının qapısını möhürləyiblər. Onlar icarə müqaviləsinin başa çatdığı üçün qərargahdan istifadəyə icazə verilmədiyini deyiblər. Qarşı tərəf isə məhkəmə təqdim etdiyi müraciətində müqavilənin müddətinin başa çatmadığını, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin hərəkətlərinin qanunsuz hesab olunması və icarə müqaviləsinin müddətinin uzadılmasını tələb edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR