“Nida” Vətəndaş Hərəkəti idarə heyətinin üzvü saxlanılıb
29 sentyabr 2012 11:48 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. “Nida” Vətəndaş Hərəkəti idarə heyətinin üzvü Zaur Qurbanlı saxlanılıb. Bu barədə APA-ya Müsbət Dəyişiklik Gənclər Hərəkatının sədri Bəxtiyar Hacıyev məlumat verib.
B. Hacıyev Z. Qurbanlının evinin qarşısında saxlanıldığını deyib: “Məndə olan məlumata görə, polis əməkdaşları Zaur Qurbanlını evinin qarşısında saxlayaraq, bizim ofisimizə gətiriblər. Bizim Murtuza Muxtarov, 149 ünvanında yerləşən ofisimizdə “Nida” Vətəndaş Hərəkatına məxsus bir neçə sənəd var idi. Biz ofisi olmayan təşkilatlara da bəzən sənədləri qoymaq, görüşlər keçirmək üçün yer veririk. Polis əməkdaşları Zaur Qurbanlını ofisə gətirərək, “Nida” Vətəndaş Hərəkatına məxsus sənədləri götürüb gediblər. Mənə dedilər ki, Zaur Qurbanlını Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar. Lakin onu niyə saxladıqlarını bilmirəm ”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə APA-ya məsələnin araşdırıldığı bildirilib.

Hadisə
Şəmkirdə qəza olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB - FOTO
23:39
17 may 2024
Bakının İstiqlaliyyət küçəsində kafedə tüstülənmə olub
21:26
17 may 2024
FHN: Kürdəmir və Saatlıda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib - VİDEO
19:55
17 may 2024
“Tərtər işi” ilə bağlı həbs edilən general Bəkir Orucovun cəzası 9 ildən 6 ilə endirilib
17:50
17 may 2024