Bank Of Baku

AYB-də şairə Nurəngiz Günün 75 illik yubileyi münasibəti ilə tədbir keçirilib - FOTOSESSİYA

AYB-də şairə Nurəngiz Günün 75 illik yubileyi münasibəti ilə tədbir keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 23 aprel 2014 13:25 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Azərbaycan Yazıçılar Birliyində (AYB) şairə Nurəngiz Günün 75 illik yubileyi münasibəti ilə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə AYB-nin sədri, xalq yazıçısı Anar, xalq şairləri Sabir Rüstəmxanlı, Fikrət Qoca, Milli Məclisin deputatları Nizami Cəfərov, Qənirə Paşayeva, Jalə Əliyeva və başqaları iştirak edib.

 

Tədbirdə çıxış edən xalq yazıçısı Anar bildirib ki, N. Gün Azərbaycan poeziyasında özünəməxsus yer tutan şairədir: "Nurəngiz xanım həm gözəl xanımdır, həm də gözəl və istedadlı şairədir. Onun yaradıcılığı bizim ədəbiyyatımızda və mədəniyyətimizdə unikal yer tutur. Nurəngiz Gün yaradıcılığa nəsrlə başlasa da, sonralar biz onu istedadlı xanım şairə kimi tanıdıq".

 

Xalq şairi Sabir Rüstəmxanlı N. Günün şeirlərini Azərbaycan ədəbiyyatında təzə nəfəs, yeni dəsti-xətt kimi qiymətləndirib: "Yadımdadır ki, vaxtilə Nurəngiz gün televiziyada çalışanda biz hamımız istəyirdik ki, məhz onun vaxtında televiziyaya çıxaq. Çünki onu həm də şairə kimi özümüzə doğma bilirdik. Nurəngiz Günün şeirlərində azadlıq yanğısı var və bu cəhət onun şeirlərini həmişə sevdirəcək".

 

Yubiley tədbirində "Kitabçı" jurnalının baş redaktoru Səlim Babullaoğlu bildirib ki, N. Gün  xarici ölkələrdə bir sıra beynəlxalq mükafatlara layiq görülüb.

 

Tədbirdə xalq şairi F. Qoca, millət vəkili Nizami Cəfərov və başqaları N. Günün yaradıcılığı haqqında çıxış edərək yubilyarın yaradıcılığı haqqında düşüncələrini bölüşüblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR