Bakı. Cavid Zeynalov - APA. Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gənclər Şurasının sədri dəyişib. Elşad Ərşadoğlu Şuranın yeni sədri seçilib.
E. Ərşadoğlunun APA-ya verdiyi məlumata görə, yeni Gənclər Şurası ali məktəblərin Tələbə Gənclər Təşkilatları ilə birgə iş quracaq: “Artıq bir neçə ali məktəbin gənclər təşkilatının rəhbərləri ilə görüş keçirmişik və ədəbiyyatın ali məktəblərdə təbliği, istedadlı gənclərin üzə çıxarılması üçün çalışacağıq”.
Gənclər şurasının sədr müavini AYB-nin mətbuat katibi Xəyal Rzadır.
Qeyd edək ki, İndiyədək Gənclər Şurasının sədri Elçin Hüseynbəyli, müavini isə Aydın Xan Əbilov idi.