Bank Of Baku

Ədəbiyyat İnstitutunun Elmi Şurasının iclası keçirilib

Ədəbiyyat İnstitutunun Elmi Şurasının iclası keçirilib
# 04 mart 2014 10:06 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.

 

Ədəbiyyat İnstitutunun mətbuat xidmətinin rəhbəri Ağahüseyn Şükürovun APA-ya verdiyi xəbərə görə, iclasda institutun direktoru, akademik İsa Həbibbəyli gündəlikdə duran məsələlər barədə məlumat verib.

 

O, elmi-tədqiqat müəssisəsində hazırlanan “Mirzə Fətəli Axundzadə ensiklopediyası” üzrə nəzərdə tutulan materialların işlənilməsi, nəşrə hazırlıq vəziyyəti barədə ətraflı danışıb. Böyük mütəfəkkir M.F.Axundzadənin yubileyi ilə bağlı AMEA Rəyasət Heyətinin də qərar qəbul etdiyini və qərara əsasən müxtəlif tədbirlərin həyata keçirildiyini xatırladan İ.Həbibbəyli Ədəbiyyat İnstitutunda hazırlanan “Mirzə Fətəli Axundzadə ensiklopediyası”nın böyük əhəmiyyət kəsb etdiyini bildirib. Akademik dahi mütəfəkkiri Azərbaycan ədəbiyyatının nadir simalarından biri kimi səciyyələndirərək nəşri nəzərdə tutulan ensiklopediyanın də onun adına layiq olacağını diqqətə çatdırıb.

 

İ.Həbibbəyli ensiklopediyanın hazırlanması işində əldə olan qaynaqlardan yalnız mənbə kimi istifadə edilərək yenidən yazılmasını, ölkədəki mövcud sənədlərlə bərabər Gürcüstan və Rusiya arxivlərində də bu məqsədlə aparılacaq işin vacibliyini bildirib. Bununla bağlı yaradılan işçi qrupuna lazımi göstəriş, tapşırıq və tövsiyələr verilib, tapşırıqların icra müddəti müəyyənləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR