Bank Of Baku

Mexikoda Qabriel Qarsiya Markeslə vida mərasimi keçirilib - FOTO

Mexikoda Qabriel Qarsiya Markeslə vida mərasimi keçirilib - <span style="color: red;">FOTO
# 22 aprel 2014 08:26 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Mexikoda dünya şöhrətli yazıçı, Nobel mükafatçısı Qabriel Qarsiya Markeslə vida mərasimi keçirilib. APA-nın “BBC News”a istinadən verdiyi məlumata görə, minlərlə insanın qatıldığı və 3 saat davam edən vida mərasimində Meksika və Kolumbiyanın prezidentləri iştirak edib. Meksika prezidenti Enrike Penya Nyeto vida mərasimində çıxış edərək bildirib ki, yazıçının ölümü təkcə ədəbiyyat üçün yox, həm də bəşəriyyət üçün böyük itkidir.

 

Aprelin 17-də 87 yaşında dünyasını dəyişən yazıçının külü vida mərasiminin keçirildiyi İncəsənət Sarayına gətirilib.

 

Kolumbiyanın Karib bölgəsindəki Arakataka vilayətininin sakinləri isə Markes üçün simvolik dəfn mərasimi keçiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR