Qətldə təqsirləndirilən Ukrayna vətəndaşına 18 il iş verilib

Qətldə təqsirləndirilən Ukrayna vətəndaşına 18 il iş verilib
# 27 noyabr 2015 12:12 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qeyri-rəsmi nikahda yaşadığı İlahə Ağayevanı qətlə yetirməkdə təqsirləndirilən Ukrayna vətəndaşı Elnur Hümbətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, Elnur Hümbətov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Elnur Hümbətov qısqanclıq zəminində qeyri-rəsmi nikahda olduğu İlahə Ağayevanı qətlə yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR