Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu axşam Azərbaycana gəlir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu axşam Azərbaycana gəlir
# 26 noyabr 2015 06:56 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana gəlir.

Türkiyənin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfər bu gün axşam başlayacaq və sabah davam edəcək.

Səfər zamanı nazir prezident İlham Əliyev, baş nazir Artur Rasizadə, Milli Məclisin spikeri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək, əməkdaşlıq məsələləri müzakirə olunacaq.

O həmçinin Fəxri xiyaban və Şəhidlər xiyabanını da ziyarət edəcək.

Xatırladaq ki, bu, Mövlüd Çavuşoğlunun yeni hökumət tərkibində ilk xarici səfəridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR