Daşkəsəndə həmyerlisini bıçaqlayan şəxs tutulub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə törədən 1969-cu il təvəllüdlü Faiq Hüseynəliyev olub.
O, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb. İlkin ifadəsində cinayəti törətdiyini etiraf edib.
Faktla bağlı araşdırma aparılır.
***
Saat 19:17
Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çıraqlı kəndində qeydə alınıb.
Belə ki, 1996-cı il təvəllüdlü Nəbiyev Ruhlan Asim oğlu bıçaq xəsarəti ilə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.