Azərbaycanda yaşayış binalarında yanğın əleyhinə su təchizatına dair tələblər müəyyənləşib

Azərbaycanda yaşayış binalarında yanğın əleyhinə su təchizatına dair tələblər müəyyənləşib
# 25 avqust 2015 09:30 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Yaşayış məntəqələri və xalq təsərrüfatı obyektlərində yanğın əleyhinə su kəməri, bir qayda olaraq, təsərrüfat-içməli, yaxud istehsalat su kəmərləri ilə birləşdirilməlidir.

APA-nın məlumatına görə, bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “Su təchizatı. Xarici şəbəkə və qurğular” barədə qərarında yanğın təhlükəsizliyi ilə bağlı tələblərdə əksini tapıb.

Əhalisinin sayı 5 min nəfərə qədər olan yaşayış məntəqələrində, yanğın əleyhinə həlqəvarı su kəməri olmayan yaşayış məntəqələrində ayrıca ərazidə inşa edilmiş və inşaat həcmi 1000 m3-ə qədər olan ictimai binalarda, həcmi 1000 m3-dən çox olan binalarda ərazi Dövlət Yanğın nəzarəti orqanları ilə razılaşdırılmaqla, xarici yanğınsöndürməyə su sərfi 10 l/s olan B,Q,D kateqoriyasına aid istehsalat binalarında, həcmi 1000 m3-ə qədər olan qaba yem anbarlarında, binalarının həcmi 5000 m3-ə qədər olan mineral gübrə anbarlarında, radio-televiziya ötürücü stansiyaların binalarında, meyvə-tərəvəz anbarları və soyuducuları binalarında yanğın əleyhinə xarici su təchizatının mövcud həcmlərdən (rezervuarlar, su anbarları) təmin edilməsinə yol verilir. Bu yaşayış məntəqələri və sənaye müəssisələrində xüsusi rezervuarlarda, yaxud açıq sutuarlarda yanğın su həcminin saxlanılmasına yol verilir. Açıq sututarların həcmi suyun buxarlanması və buzlaşması nəzərə alınmaqla hesablanmalıdır. Açıq sututarın kənarı ondakı suyun maksimal səviyyəsindən ən azı 0,5 m hündürə qalxmalıdır. Yanğın söndürən maşınların yanğın rezervuarları, sututarlar və su qəbulu quyularına örtüklü yolla sərbəst yanaşması təmin edilməlidir. Yanğın rezervuarları, yaxud sututarların sayı ikidən az olmamalıdır. Bu rezervuarların hər birində yanğın söndürülməsinə tələb olunan su həcminin 50%-i saxlanılmalıdır. Yanğın rezervuarları, yaxud digər sututarları onların xidmət etdiyi binalardan avtonasos olduqda 200 m, motopompalar olduqda motopompaların növündən asılı olaraq 100-150 m radiusda yerləşdirilməlidir. Rezervuarlardan suyun götürülmə nöqtəsindən III, IV və V odadavamlılıq dərəcəsi olan binalara və açıq yanan material anbarlarına qədər ən azı 30 m, I və II odadavamlılıq dərəcəsi olan binalara qədər isə ən azı 10 m məsafə olmalıdır. Yanğın rezervuarları və sututarlar su kəməri şəbəkəsi boruları vasitəsilə verilən su ilə doldurulmalıdır; onların uzunluğu 250 m-ə qədər, dövlət yanğın nəzarəti orqanlarının razılığı olduqda isə 500 m-ə qədər olan yanğın şlanqları ilə doldurulmasına yol verilir.

Maksimum iki mərtəbəli binaları və 50 nəfərə qədər sakini olan yaşayış məntəqələrində, yaşayış məntəqələrindən kənarda yerləşən və inşaat həcmi 1000 m3-ə qədər olan ayrıca dayanan ictimai iaşə müəssisələrində (yeməkxanalar, qəlyanaltıxanalar, kafelər və s.), sahəsi 150 m2-ə qədər olan ticarət müəssisələrində (sənaye malları mağazaları istisna olmaqla), həmçinin yaşayış məntəqələrində yerləşən və inşaat həcmi 250 m3-ə qədər olan I və II odadavamlılıq dərəcəli ictimai binalarda, inşaat həcmi 1000 m3-ə qədər olan I və II odadavamlılıq dərəcəli D kateqoriyalı istehsalat binalarında (qorunmayan metal, yaxud ağacdan daşıyıcı konstruksiyalı, həmçinin həcmi 250 m3-ə qədər olan polimer istiləşdiricili istisna olmaqla), yaşayış məntəqəsində yerləşən, I və II odadavamlılıq dərəcəli, su kəmərinə malik dəmir-beton məmulatları və satış betonu istehsal edən zavodlarda (zavodun ən uzaqda yerləşən binasından 200 metrdən uzaqda olmayan yanğın hidrantı quraşdırmaq şərtilə), inşaat həcmi 1000 m3-ə qədər olan kənd təsərrüfatı məhsullarının mövsümi tədarükü məntəqələrində, cahəsi 50 m2-ə qədər olan yanan və yanan qablaşdırmalarda saxlanan yanmayan materiallar anbarlarında yanğın əleyhinə su təchizatının nəzərdə tutulmamasına yol verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR