Boks yığmamızın baş məşqçisi: “Tayfurdan məğlubiyyət gözləmirdim” - VİDEO

Boks yığmamızın baş məşqçisi: “Tayfurdan məğlubiyyət gözləmirdim” - <span style="color: red;">VİDEO
# 26 iyun 2015 19:03 (UTC +04:00)

APA TV-nin məlumatına görə, bu fikirləri Azərbaycanın boks üzrə yığma komandasının Kubadan olan baş məşqçisi Pedro Roka deyib.

Baş məşqçi qızıl medal ümidlərimizin davam etdiyini bildirib: “Sabah da qızıl medal ümidlərimiz var. 4 idmançımız finaldadır və əminəm ki, onların dördü də qızıl medal qazanacaq. Əgər sabah istəyimizə nail olsaq, 7 qızıl medalla Azərbaycan tarixində bir ilkə imza atacağıq. Avropa Oyunlarında Azərbaycan qazandığı medalların sayına görə iştirakçı ölkələr arasında ikincidir. Bunun özü də bir tarixdir. Mən də sevinirəm ki, bu tarixi yazanlar arasında boksçularımız da var”.

Pedro Roka Tayfur Əliyevin yarımfinalda məğlubiyyətinin gözlənilməz olduğunu deyib: “İlk olaraq Tayfur Əliyevdən məğlubiyyət gözləmirdim. Gənc olsa da, bizim ən texnikalı idmançılarımızdan biridir. Həmin çəkidə Cavid Çələbiyev də vardı. Tayfur Əliyev ondan perspektivli olduğu üçün onu gətirmişdik. Tayfur təcrübəsizliyinə görə məğlub oldu. Digər idmançımız 46-49 kq çəki dərəcəsində mübarizə aparan Salman Əlizdə isə nə texniki baxımdan, nə də məşqlərdə məni razı saldı. Onun “Bakı-2015”dəki çıxışlarından narazı qaldım. Onu Rüfət Hüseynovla əvəz edəcəyəm. Rüfət Hüseynov Çinin Nanjinq şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. Avqust ayında Bolqarıstanda keçiriləcək Avropa çempionatında həmin çəkidə Azərbaycanı Rüfət Hüseynov təmsil edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR