Avropa İttifaqının xüsusi nümayəndəsi: “Dağlıq Qarabağda keçirilməsi planlaşdırılan “seçkilər”dən xəbərdarıq”

Avropa İttifaqının xüsusi nümayəndəsi: “Dağlıq Qarabağda keçirilməsi planlaşdırılan “seçkilər”dən xəbərdarıq”
# 07 aprel 2015 16:30 (UTC +04:00)

Bu sözləri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber APA-ya açıqlamasında deyib.

Bu “seçkiləri”in hüquqi əsasının olmadığını deyən H. Salber qeyd edib ki, Avropa İttifaqı 2010 və 2012-ci illərdə analoji vəziyyətlərdə öz mövqeyini ifadə edib: “2010-cu il bəyanatında Avropa İttifaqı Dağlıq Qarabağda keçirilən “parlament seçkiləri”ni tanımadığını bildirib. Bəyanatda bu cür “seçkilərin” keçirilməsinin Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinə zərər vurmamasının vacibliyi qeyd edilib”.

H. Salber 2012-ci il iyulun 19-da da Avropa İttifaqının Dağlıq Qarabağda keçirilən “prezident seçkiləri”ni tanımadığını bildirib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR