Paşha Bank
Bank Of Baku

Bu il peşə təhsili almaq üçün 52 min nəfər müraciət edib

Bu il peşə təhsili almaq üçün 52 min nəfər müraciət edib
# 18 noyabr 2026 10:55 (UTC +04:00)

Peşə təhsilinə qəbulda qadınların payı 2022-ci ildəki 32 faizdən 2026-cı ildə 42 faizə yüksəlib.

APA xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı “Peşə Təhsili Forumu 2026” tədbirində çıxışı zamanı deyib.

O bildirib ki, 2026-cı ildə peşə təhsili almaq üçün 52 min nəfər müraciət edib, qəbul olunanların sayı isə 28 minə çatıb.

İlqar Bayramlı, həmçinin qeyd edib ki, dövlət sifarişli qəbul yerlərinin sayı 2022-ci ildə təxminən 16 min olduğu halda, 2026-cı ildə 23 minə yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR