Azərbaycanda 280 alman şirkəti qeydiyyatdan keçib, onlardan 210-u aktiv fəaliyyətdədir.
APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda almaniyalı həmkarı Yohann Vadefulla birgə mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, ötən il ikitərəfli ticarət dövriyyəsinin həcmi 1.4 milyard dollar olub.
“2026-cı ilin ilk 9 ayında isə bu rəqəm 1 milyard dollar təşkil edib. Almaniyadan Azərbaycana qoyulan investisiyanın həcmi 950 milyon dollara yaxındır. Azərbaycandan Almaniyaya isə 670 milyon dollardan artıq sərmayə qoyulub”.
Ceyhun Bayramov bildirib ki, qarşılıqlı investisiyaların əhəmiyyətli həcmi qeyri-neft sektoruna yatırılıb.