Bank Of Baku

ING: Azərbaycan regionun maliyyə baxımından ən güclü ölkəsi olaraq qalır

ING: Azərbaycan regionun maliyyə baxımından ən güclü ölkəsi olaraq qalır
# 18 noyabr 2026 11:01 (UTC +04:00)

Azərbaycan Mərkəzi Asiya və Qafqaz regionunda ən güclü maliyyə mövqeyinə malik suveren emitent olaraq qalır.

“APA-Economics” xəbər verir ki, bu barədə Niderlandın ING bankının 2026-cı ilin noyabr ayı üzrə makroiqtisadi və kredit hesabatında bildirilib.

Bankın analitiklərinin qiymətləndirməsinə görə, Azərbaycanın böyük və artmaqda olan fiskal və monetar ehtiyatları, aşağı dövlət borcu və güclü xarici balansı ölkənin maliyyə dayanıqlığını təmin edir.

Qeyd olunub ki, yüksək neft qiymətləri Azərbaycanın fiskal və xarici iqtisadi perspektivlərini daha da gücləndirib, qeyri-neft iqtisadiyyatına inamı dəstəkləyib.

ING Azərbaycanın suveren maliyyə dayanıqlığı və manatın sabitliyi ilə bağlı müsbət mövqeyini qoruyub saxlayır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR