Bakının Xətai rayonu, 8 Noyabr prospektindən keçən Keşlə yağış kollektorunun tikinti, bərpa və yenidənqurma işləri təsdiq olunmuş layihə sənədlərinə, müvafiq norma və qaydalara uyğun olaraq İri Şəhərlərin Su Təchizatı tərəfindən intensiv şəkildə davam etdirilir.
"İri Şəhərlərin Su Təchizatı" QSC-dən "APA-Economics"ə verilən məlumata görə, plan üzrə görülən işlər artıq yekunlaşmaq üzrədir.
Məqsəd mövcud infrastrukturun texniki vəziyyətinin yaxşılaşdırılması, kollektorun istismar gücünün artırılması, ərazidə yağış sularının daha səmərəli idarə olunmasıdır.