Ötən il tələbələrə 135 milyon manatdan çox təqaüd ödənilib

Ötən il tələbələrə 135 milyon manatdan çox təqaüd ödənilib
# 23 may 2024 11:03 (UTC +04:00)

Ötən il tələbələrə 135 milyon manatdan çox təqaüd ödənilib.

APA xəbər verir ki, bu Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda öz əksini tapıb.

Hesabatda qeyd edilib ki, ali təhsil və digər müəssisələrdə dövlət sifarişi üzrə təqribən bakalavriat səviyyəsi üzrə 100726 nəfər, magistratura səviyyəsi üzrə 12977 nəfər, rezidentura səviyyəsi üzrə 2048 nəfər, doktorantura səviyyəsi üzrə 619 nəfər, ikitərəfli saziş və 26 müqavilələr üzrə əcnəbi 101 nəfər, cəmi 116471 tələbənin müvafiq olaraq 220,0 milyon manat təhsil və 135,4 milyon manat təqaüd xərcləri, cəmi 355,4 milyon manat ödənilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR