Sosial həssas kateqoriyadan olan tələbələrə xərclənən vəsait məlum olub

Sosial həssas kateqoriyadan olan tələbələrə xərclənən vəsait məlum olub
# 23 may 2024 11:04 (UTC +04:00)

Ötən il sosial həssas kateqoriyadan olan tələbələrə təhsil və təqaüd üçün xərclənən vəsait açıqlanıb.

APA xəbər verir ki, bu Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda öz əksini tapıb.

2023-cü il ərzində ali təhsil üzrə ödənişli əsaslarla təhsil alan məcburi köçkün statuslu 16841 nəfər, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 1208 nəfər, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları olan 2464 nəfər, döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış 552 nəfər, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş 940 nəfər, habelə sözügedən imtiyazlı şəxslər üzrə orta ixtisas təhsil müəssisələrində 1272 nəfər və peşə təhsili müəssisələrində 246 nəfər, cəmi 23523 nəfər tələbənin 35,9 milyon manat təhsil və valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş tələbələrin həmçinin 1,8 milyon manat təqaüd xərcləri, cəmi 37,7 milyon manat maliyyələşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR