Göyçayda “Qaz” markalı minik avtomobili yanıb

Göyçayda “Qaz” markalı minik avtomobili yanıb
# 18 iyun 2016 20:21 (UTC +04:00)

Bakı-APA. Göyçayda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Yekəxana kəndində baş verib. Nəticədə vətəndaşa məxsus ümumi sahəsi 55 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları, içərisinə yığılmış 5 ton ot bağlaması və yaxınlıqda dayanmış “Qaz” markalı minik avtomobili yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR