Bakıda "Opel" markalı minik avtomobili yanıb

Bakıda "Opel" markalı minik avtomobili yanıb
# 25 may 2016 03:11 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Binəqədi rayonunda vətəndaşa məxsus "Opel" markalı minik avtomobilində baş verib. Nəticədə avtomobilin idarəetmə löhvəsi yanıb, yüksək temperaturdan qabaq oturacaqlar və salonun üzlük hissəsi qismən qarsalanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR