Vergilər Nazirliyi 80 fiziki və hüquqi şəxsin cinayət işlərini məhkəməyə göndərib

Vergilər Nazirliyi 80 fiziki və hüquqi şəxsin cinayət işlərini məhkəməyə göndərib
# 05 oktyabr 2016 09:48 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Vergilər Nazirliyi 20 min manatdan artıq vergi borcunu ödəməkdən yayındıqlarına görə barələrində açılmış cinayət işi məhkəməyə göndərilmiş vergi ödəyicilərinin siyahısını açıqlayıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, bu ilin 9 ayı ərzində 67 hüquqi şəxs 20 min manatdan artıq vergi borcunu ödəməkdən yayındığına görə barələrində açılmış cinayət işi məhkəməyə göndərilib. Vergi borcunu ödəməyənlər arasında Türkiyə şirkətinin Azərbaycandakı nümayəndəliyinin də adı var.

Bundan başqa, vergi borcunu ödəməkdən yayındıqlarına görə 13 fiziki şəxs barəsində açılmış cinayət işləri də məhkəməyə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR