Rusiya ilə Türkiyə Pekində "Türk axını"nı müzakirə edəcək

Rusiya ilə Türkiyə Pekində "Türk axını"nı müzakirə edəcək
# 03 sentyabr 2016 03:52 (UTC +04:00)

Bakı-APA. Pekində “G-20” sammiti çərçivəsində Rusiya və Türkiyə İqtisadiyyat nazirlərinin görüşü baş tutacaq.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İqtisadiyyat naziri Aleksey Ulyukayev bildirib.

“Pekində Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi ilə görüşümüz olacaq. Danışıqlarda “Türk axını” və Akkuyu Atom Elektirik Stansiyası layihələri müzakirə olunacaq”, deyə A.Ulyukayev vurğulayıb.

Pekində həmçinin Rusiya prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında da görüşün keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, sentyabrın 4-5-də Çinin paytaxtında "G-20" ("Böyük iyirmilik") ölkələri liderlərinin sammiti keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR