Şəmkir sakini bıçaqlanıb

Şəmkir sakini bıçaqlanıb
# 14 dekabr 2015 17:36 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkir rayon sakini Gədəbəydə bıçaqlanıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə Şəmkir rayon sakini, 1974-cü il təvəllüdlü Ziya Şərifov qarın nahiyəsindən bıçaqlanma xəsarəti ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir. Məlumata görə Z. Şərifov Gədəbəyin Əlinağılar kəndində Elman Qənbər oğlu Quliyev tərəfindən bıçaqlanıb.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR