Dağlıq Qarabağa səfər etmiş belçikalı parlamentarlar "arzuolunmaz şəxslər" siyahısına salınacaq

Dağlıq Qarabağa səfər etmiş belçikalı parlamentarlar "arzuolunmaz şəxslər" siyahısına salınacaq
# 06 sentyabr 2016 12:46 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Ölkəmizin Belçika Krallığındakı səfirliyi parlament üzvlərinin işğal olunmuş Azərbaycan ərazilərinə qeyri-qanuni səfəri məsələsini Belçika parlamentinin Nümayəndələr Palatası, Els Van Hoofun təmsil olunduğu Xristian Demokrat və Flamandlar Partiyasının katibliyi, eləcə də Belçika Xarici İşlər Nazirliyi qarşısında qaldırıb”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Belçika parlamentinin üzvlərinin işğal olunmuş Azərbaycan ərazilərinə səfəri ilə əlaqədar məsələni APA-ya şərh edərkən deyib. O bildirib ki, Ermənistanın şişirtməsinə və yalanlarına baxmayaraq, Belçika federal parlamentində Ermənistan üzrə dostluq qrupunun sədri Els Van Hoof və Nümayəndələr Palatasının üzvü Corc Dalmanın səfəri fərdi səfərlərdir. H. Hacıyev Van Hoofun Ermənistan və erməni lobbi dairələri ilə sıx əlaqələrə malik olduğunu söyləyib: “Belçika Nümayəndələr Palatası bu səfərin heç bir halda qurumun fəaliyyətinə aidiyyəti olmadığını, palatanın iş cədvəlində Van Hoofun nə Ermənistana, nə də hər hansı digər yerə səfərinin nəzərdə tutulduğunu bildirib. Xristian Demokrat və Flamand Partiyasının katibliyi tərəfindən bu səfərdən xəbərsiz olduqları və bunun deputatın öz şəxsi təşəbbüsü əsasında reallaşdırıldığı qeyd olunub”.

H. Hacıyev əlavə edib ki, müvafiq dəqiqləşdirilmə aparıldıqdan sonra qeyd olunan şəxslərin adları "arzuolunmaz şəxslər" siyahısına daxil ediləcək.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR