Rusiya Tacikistandakı hərbi bazasının hərbçilərinin sayını azaldır

Rusiya Tacikistandakı hərbi bazasının hərbçilərinin sayını azaldır
# 04 fevral 2016 17:55 (UTC +04:00)

Bakı-APA. Rusiya Tacikistandakı 201 saylı hərbi bazasında hərbçilərin sayını azaltmaq niyyətindədir. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.

“Hərbçilərin sayı azaldılacaq, lakin operativlik və yarana biləcək hər-hansı hadisəyə təcili reaksiya vermək qabiliyyəti xeyli artırılacaq”, deyə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi qeyd edib.

Nazirliyin nümayəndəsi kontingentin azaldılması ilə bağlı konkret rəqəm və tarix açıqlamayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR