ETSN: Havanın temperaturu 4-7 dərəcə enəcək

ETSN: Havanın temperaturu 4-7 dərəcə enəcək
# 06 sentyabr 2017 10:59 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Nazirlikdən APA-ya bildirilib ki, bir neçə gün davam edən isti hava şəraitindən sonra sentyabrın 7-si gündüzdən 8-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7° enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Abşeron yarımadasında gözlənilən qeyri-sabit hava, atmosfer təzyiqinin xeyli yüksəlməsi meteohəssas insanlar üçün əlverişsizdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR