Bakı-Qazax magistralında yanacaqdaşıyan avtomobildə yanğın olub

Bakı-Qazax magistralında yanacaqdaşıyan avtomobildə yanğın olub
# 11 noyabr 2017 16:18 (UTC +04:00)

Bakı-Qazax magistral yolunda yanacaqdaşıyan avtomobildə yanğın olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun rayonun Birinci Şıxlı kəndi ərazisindən keçən hissəsində baş verib. Məlumata görə, hərəkətdə olan ağır tonnajlı yanacaqdaşıyan avtomobildə yaranan yanğını söndürmək üçün əraziyə Qazax rayon Yanğından Mühafizə Hissəsinin 2 avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanacaq daşıyan yük avtomobilinin şini alışmağa başlayıb. Tez bir zamanda alov söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR