Meksikada ardıcıl iki zəlzələ baş verib

Meksikada ardıcıl iki zəlzələ baş verib
# 12 sentyabr 2017 03:50 (UTC +04:00)

Meksika sahillərində, Sakit okean akvatoriyasında bir-birinin ardınca 5,6 maqnitudalı iki zəlzələ baş verib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, ilk zəlzələ Tapaçula şəhərindən 134 km qərbdə qeydə alınıb. İkincisi Xuçitan şəhərindən 150 km şimal-şərqdə baş verib.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

Meksikada sentyabrın 8-ə keçən gecə 8,2 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində 96 nəfər ölüb, 200-ü müxtəlif dərəcəli xəsarətlər alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR