Suriya ordusu İŞİD-in ölkədəki son dayaq nöqtəsini azad edib

Suriya ordusu İŞİD-in ölkədəki son dayaq nöqtəsini azad edib
# 08 noyabr 2017 22:49 (UTC +04:00)

Suriya hökumət qüvvələri İŞİD-in ölkədəki son dayaq nöqtəsini nəzarət altına alıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya ordusunun komandiri bildirib.

Onun sözlərinə görə, hərbçilər Deyr-əz-Zor əyalətinin şərqində yerləşən Əl-Bukəmal şəhərini tam azad ediblər.

Terrorçuların qoyub qaçdığı silahlar ələ keçirilib. Hazırda ərazilərin minadan təmizlənməsi işləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR