Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi 11% azalıb

Azərbaycanda dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi 11% azalıb
# 08 iyul 2015 08:10 (UTC +04:00)

Bakı - APA-Economics. Cari ilin iyun ayının 1-ə Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 47 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 10,8% və ya 5,7 mln. manat azdır.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, may ayında AİF-in agent bankları müştərilərə 12,1 mln. manat həcmində ipoteka krediti verib.

Cari ilin yanvar-may aylarında AİF 29,5 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib.

AİF-in ipoteka portfeli üzrə göstəricilərə gəlincə, müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 40 524 manat, orta müddəti 279 ay, orta faiz dərəcəsi 6,74%, aylıq ödəniş isə 297,3 manat təşkil edib.

Müqayisə üçün bildirək ki, ötən ilin müvafiq dövründə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 39 839 manat, orta müddəti 278 ay, orta faiz dərəcəsi 6,83%, aylıq ödəniş isə 318,5 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR