Türkiyənin İzmir şəhərində 84 qanunsuz miqrant saxlanılıb.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, miqrantlar Madra çayı sahilində qayığa minərkən saxlanılıb.
Miqrantlar arasında 39 Əfqanıstan vətəndaşı, 6 iraqlı və 39 suriyalının olduğu bildirilir.