Bakıda iki avtomobil piyadanın üstündən keçib

Bakıda iki avtomobil piyadanın üstündən keçib
# 19 iyul 2017 09:57 (UTC +04:00)

Bakıda maşın yoldan keçən şəxsi vuraraq öldürüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 19-da saat 01.00 radələrində Sabunçu rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Həsən Həsənov idarə etdiyi "Mercedes" markalı mikroavtobusla 40-45 yaşlı kişini vurub və zərbədən həmin şəxs eyni istiqamətdə hərəkətdə olan paytaxt sakini Əhəd Kərimovun idarə etdiyi "Porsche Cayenne" markalı avtomobilin altına düşüb. Piyada hadisə yerində ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR