Gəncədə 25 yaşlı kişini avtomobil vurub

Gəncədə 25 yaşlı kişini avtomobil vurub
# 25 may 2018 01:58 (UTC +04:00)

Gəncədə piyadavurma hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin “Poçt qəsəbəsi” adlanan ərazisində qeydə alınıb. Yolu keçmək istəyən 1993-cü il təvəllüdlü Aydın Quliyev hərəkətdə olan avtomobil tərəfindən vurulub. Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR