Rusiya və Fransa liderləri Suriya məsələsini müzakirə ediblər

Rusiya və Fransa liderləri Suriya məsələsini müzakirə ediblər
# 19 mart 2018 15:30 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, iki ölkə lideri Suriyadakı son vəziyyəti və Ukrayna məsələsini müzakirə ediblər.

E. Makron Afrin və Şərqi Qutadakı vəziyyətlə əlaqədar narahatlığını ifadə edib. O, Rusiyanı dinc sakinlər arasında itkilərin qarşısını almaq üçün əlindən gələni etməyə çağırıb.

E. Makron əlavə edib ki, Fransa Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir. O, Rusiyanı Minsk sazişlərinin icrası prosesini sürətləndirməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR