Muxtar Babayev Almaniya səfirini və "KFW" bankının nümayəndə heyətini qəbul edib

Muxtar Babayev Almaniya səfirini və "KFW" bankının nümayəndə heyətini  qəbul edib
# 05 iyun 2018 14:06 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab və Almaniyanin "KFW" bankının nümayəndələri arasında tanışlıq görüşü keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində indiyədək görülmüş işlər və gələcək əməkdaşlıq planları müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR